...

“Təmiz Şəhər” ASC Şəkidə III Tələbə Yay Məktəbini keçirəcək

Cəmiyyət Materials 3 İyul 2012 09:41 (UTC +04:00)
“Təmiz Şəhər” ASC Şəkidə III Tələbə Yay Məktəbini keçirəcək
“Təmiz Şəhər” ASC Şəkidə III Tələbə Yay Məktəbini keçirəcək

Azərbaycan, Bakı, 3 iyul /Trend/

"Təmiz Şəhər" ASC Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan IDEA (International Dialogue for Environmental Action) Kampaniyası ilə birgə 5-10 iyul 2012-ci il tarixlərində "Gənclər təmizlik naminə" devizi altında Şəkidə III Tələbə Yay Məktəbi təşkil edəcək.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yay məktəbinin təşkilində məqsəd gənclərin tullantıların düzgün idarəedilməsi və "yaşıl düşüncə" sahəsində biliklərinin artırılması və beləliklə bu sahədə aktiv fəaliyyət göstərən gənc mütəxəssislərin yetişdirilməsidir.

Qeyd edək ki, "Təmiz Şəhər" ASC tərəfindən yay məktəblərinin keçirilməsi artıq ənənəyə çevrilib. Şəki şəhərində keçiriləcək III Tələbə Yay Məktəbi 2010-cu il -"Ekologiya ili" çərçivəsində Quba şəhərində təşkil olunmuş "Təmiz şəhər naminə" Yeniyetmələr üçün Yay Məktəbinin və 2011-ci ildə Lənkaran şəhərində təşkil olunmuş "Gənclər təmizlik naminə" Tələbələr üçün Yay Məktəbinin davamıdır.

Yay məktəbində iştirak ödənişsizdir, nəqliyyat, qida, yaşayış, təlim-tədris "Təmiz Şəhər" ASC tərəfindən təmin olunacaqdır.

Yay məktəbi "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti