...

Bakıda günvurma ilə bağlı müraciətlərin sayı azalıb

Cəmiyyət Materials 9 İyul 2012 13:18 (UTC +04:00)
Havaların sərin keçməsi günvurma ilə əlaqədar olaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) müraciət edənlərin sayı azalıb.
Bakıda günvurma ilə bağlı müraciətlərin sayı azalıb

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İsabalayeva/

Havaların sərin keçməsi ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) günvurma ilə əlaqədar müraciət edənlərin sayı azalıb. Bunu bazar ertəsi Trend-ə stansiyanın Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.

Onun sözlərinə görə, iyunun 5-dən indiyədək günvurma diaqnozu ilə 35 nəfər stansiyaya müraciət edib. Günvurma ilə bağlı sonuncu müraciət iyunun 7-də olub. Ümumilikdə müraciət edənlərin 11-i xəstəxanaya yerləşdirilib. Onların 6-sı uşaq olub. Onların ikisinə yerində yardım göstərildikdən sonra evə buraxılıb.

Xəbər lenti

Xəbər lenti