...

Həsən bəy Zərdabinin 170 illiyi geniş qeyd olunacaq

Cəmiyyət Materials 10 İyul 2012 10:44 (UTC +04:00)
Həsən bəy Zərdabinin 170 illiyinin qeyd olunması ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncamla əlaqədar Milli Mətbuat Günü ərəfəsində bir sıra tədbirlər keçiriləcək.
Həsən bəy Zərdabinin 170 illiyi geniş qeyd olunacaq

Azərbaycan, Bakı, 10 iyul /Trend müxbir E.Mehdiyev/

Həsən bəy Zərdabinin 170 illiyinin qeyd olunması ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncamla əlaqədar Milli Mətbuat Günü ərəfəsində bir sıra tədbirlər keçiriləcək. Bu barədə jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

O qeyd edib ki, ilk olaraq Həsən bəy Zərdabinin doğulduğu Zərdab rayonunda və Gəncədə bir sıra toplantılar keçiriləcək.

"Həmçinin Bakıda böyük konfrans təşkil ediləcək", - Şura sədri deyib.

Onun sözlərinə görə, 22 iyulda Mətbuat Şurası ilə KİVDDF-nin birgə tədbiri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti