...

Azərbaycanda attestat ala bilməyən şagirdlər gələn il yenidən imtahan verəcəklər

Cəmiyyət Materials 18 İyul 2012 14:40 (UTC +04:00)
Azərbaycanda bu il attestat ala bilməyən 11-ci sinif məzunları üçün buraxılış imtahanı gələn il keçiriləcək.
Azərbaycanda attestat ala bilməyən şagirdlər gələn il yenidən imtahan verəcəklər

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bu il attestat ala bilməyən 11-ci sinif məzunları üçün buraxılış imtahanı gələn il keçiriləcək.

Bunu çərşənbə günü Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Onun sözlərinə görə, bu ilki buraxılış imtahanlarında "müvəffəq" qiyməti ala bilməyən şagirdlər gələn ilin yay aylarında keçiriləcək təkrar buraxılış imtahanında iştirak edə bilərlər. Şəhadətnamə ala bilməyən 9-cu sinif məzunları üçün imtahan isə bu ilin sentyabr ayı ərzində keçiriləcək.

Bu ilki buraxılış imtahanlarında ölkə üzrə 11-ci sinif şagirdlərinin 89,61 faiz, 9-cu sinif şagirdlərinin 80 faiz "müvəffəq" nəticə əldə edib. "Müvəffəq" nəticə əldə etmək üçün şagirdlər 5 suala düzgün cavab verməli idilər.

Qeyd edək ki, ölkə buraxılış imtahanları iyun ayı ərzində keçirilib. Bu il 9011 şagird attestat ala bilməyib. Ümumilikdə imtahanda iştirak edən 82 136 şagirdin 73 125-i attestat alıb.

Xəbər lenti

Xəbər lenti