...

"Azəryolservis" Bakıda təmir olunan yolların adlarını açıqlayıb (FOTO)

Cəmiyyət Materials 18 İyul 2012 14:58 (UTC +04:00)
Bakı şəhərinin avtomobil yolları, prospekt və küçələri üzrə aparılan əsaslı təmir işləri sürətlə davam etdirilir.
"Azəryolservis" Bakıda təmir olunan yolların adlarını açıqlayıb (FOTO)

Azərbaycan, Bakı, 18 iyul / Trend müxbir K.Zərbalıyeva/

Bakı şəhərinin avtomobil yolları, prospekt və küçələri üzrə aparılan əsaslı təmir işləri sürətlə davam etdirilir.

"Azeryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, cari ilin 6 ayı ərzində Bakı şəhəri üzrə 60 km-ə yaxın yol təmir olunub.

Hazırda Sabunçu rayonunda şəhər şosesinin Sabuncu qovşağından Zabrat dairəsinədək olan hissəsi, Nizami rayonunda Elşən Süleymanov küçəsi, Xətai rayonunda Naximov küçəsi, Binəqədi rayonunda Ruslan Allahverdiyev, Yahya Hüseynov, Asəf Zeynallı küçələrində təmir işləri davam etdirilir.

Artıq bir neçə gündür ki, Binəqədi rayonunda yerləşən Əhməd Rəcəbli küçəsinin Cəfər Xəndan küçəsi ilə kəsişməsindən, Süleyman Sani Axundov küçəsinədək olan hissəsində təmir işləri yerinə yetirilir.

Köhnə asfalt-beton örtüyün kəsilərək çıxarılması, bardürlərin dəyişdirilməsi, səkilərin yenidən qurulması və digər zəruri işlər davam etdirilir. Eyni zamanda, Süleyman Sani Axundov küçəsinin Azadlıq prospektindən Əhməd Rəcəbli küçəsinə qədər olan hissəsində də qeyd olunan işlər həyata keçirilir.

Məlumat üçün bildirək ki, Bakı şəhəri üzrə bir neçə küçələrdə kommunikasiya xəttləri dəyişdirildikdən sonra təmir işlərinə start veriləcək.

Xəbər lenti

Xəbər lenti