...

Bir sıra küçələrin Ziya Bünyadov prospekti ilə kəsişməsində müxtəlif səviyyəli yol qovşağının tikintisi davam etdirilir

Cəmiyyət Materials 6 Avqust 2012 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust / Trend müxbir K.Zərbalıyeva/

Alı Mustafayev, Hüseynbala Əliyev, Abdulvahab Salamzadə küçələrinin Ziya Bünyadov prospekti ilə kəsişməsində müxtəlif səviyyəli yol qovşağının tikintisi davam etdirilir.

Trend-in "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumat görə, yol qovşağı kompleksinə 3 tunel, 1 yol ötürücüsü daxildir. İki gediş, iki gəlişdən ibarət olacaq birinci tunelin uzunluğu 890 metr, eni isə 22 metr olacaq. Tunel vasitəsi ilə 3-cü mikrorayon bazarı adlanan ərazidən "Xutor dairəsi"nə daxil olmadan Ziya Bünyadov prospektinə nəqliyyat vasitələrinin hərəkəti təmin ediləcək. Sözügedən tuneldə tirlərin montajı, pərdələrin betonlanması və torpaq-qazma işləri həyata keçirilir.

İki gedişdən ibarət olacaq ikinci tunelin ümumi uzunluğunun 450 metr, eninin isə 10,5 metr nəzərdə tutulub. Tunel vasitəsi ilə Abdulvahab Salamzadə küçəsindən "Xutor dairəsi"nə daxil olmadan Ziya Bünyadov prospektinə nəqliyyat vasitələrinin hərəkəti mümkün olacaq. Hazırda sıvay-qazma işləri və tikinti altına düşən maneələrin köçürülməsi işləri davam etdirilir.

İki gedişdən ibarət olacaq üçüncü tunelin uzunluğunun 832 metr, eninin isə 10,5 metr olması planlaşdırılır. Bu tunel vasitəsi ilə nəqliyyat vasitələri Ziya Bünyadov prospektindən "Xutor dairəsi"nə daxil olmadan Abdulvahab Salamzadə küçəsinə heç bir maneəsiz hərəkət edə biləcəklər.

Yol qovşağı kompleksinə daxil olan 10 aşırımlı yol ötürücüsünün uzunluğu 634 metr, eni isə 12 metr təşkil edəcək.

Artıq 4 aşırım, 8 orta dayaq və 2 kənar dayaq betonlanıb və istinad divarlarının tikintisi başa çatdırılıb. 2011-ci ildə başlanılan tikinti işlərinin 2013-cü ildə başa çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti