...

Bakının ətraf qəsəbələrində yollar genişləndirilir (FOTO)

Cəmiyyət Materials 9 Avqust 2012 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir M.Əliyev/

Bakının ətraf qəsəbələrində yollar genişləndirilir.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev cümə axşamı Trend-ə bildirib ki, yenidən qurulması nəzərdə tutulan Qala-Şüvəlan-Pirallahı yolunun ümumi uzunluğu 22,7 km, eni ayrıcı zolaqla birlikdə 28 metr təşkil edəcək.

Yolun ilk 6,9 km-lik hissəsi 6 hərəkət zolağından (3 gediş-3 gəliş), 15,8 km-lik hissəsi isə 4 zolaqdan (2 gediş-2 gəliş) ibarət olacaq.

Layihə üzrə müxtəlif sahələrdə yol qovşaqlarının tikintisi planlaşdırılır.

Tikintisinə 2012-ci ilin iyul ayından başlanılan yolda hazırda tikinti altına düşən maneələrin araşdırılması və torpaq-qazma işləri həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti