...

Azərbaycanda IX sinif şagirdləri üçün payız imtahanının vaxtı açıqlanıb

Cəmiyyət Materials 10 Avqust 2012 12:18 (UTC +04:00)
Bu il Azərbaycanda orta məktəblərin IX sinif şagirdləri üçün payız imtahanı sentyabrın 9-da keçiriləcək.
Azərbaycanda IX sinif şagirdləri üçün payız imtahanının vaxtı açıqlanıb

Azərbaycan, Bakı, 10 avqust /Trend müxbir M.Əliyev/

Bu il Azərbaycanda orta məktəblərin IX sinif şagirdləri üçün payız imtahanı sentyabrın 9-da keçiriləcək. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il 29 minə yaxın IX sinif şagirdi həmin imtahanlarda iştirak edəcək.

"Gələn həftədən başlayaraq rayon təhsil şöbələri ilə payız imtahanlarında iştirak edəcək şəxslərin məlumat bazasının dəqiqləşdirilməsinə başlanılacaq", - Abbaszadə deyib.

Xəbər lenti

Xəbər lenti