...

Azərbaycanda bağça və uşaq evlərində ödənişli təhsil xidmətlərinin təşkili məsələsinə pedaqoji şuralar baxacaq

Cəmiyyət Materials 13 Avqust 2012 16:59 (UTC +04:00)
Nazirlər Kabinetinin (NK) yeni təsdiqlədiyi "Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında nümunəvi əsasnamə"si əsasında Azərbaycanda məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin pedaqoji şuraları bu müəssisələrdə əlavə ödənişli təhsil xidmətlərinin təşkili məsələlərinə baxacaq.
Azərbaycanda bağça və uşaq evlərində ödənişli təhsil xidmətlərinin təşkili məsələsinə pedaqoji şuralar baxacaq

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir İ.İsabalayeva/

Nazirlər Kabinetinin (NK) yeni təsdiqlədiyi "Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında nümunəvi əsasnamə"si əsasında Azərbaycanda məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin pedaqoji şuraları bu müəssisələrdə əlavə ödənişli təhsil xidmətlərinin təşkili məsələlərinə baxacaq.

NK-dan bazar ertəsi Trend-ə verilən məlumata görə, pedaqoji şura dövlət məktəbəqədər təhsil müəssisəsinin idarə olunmasının şəffaflığını təmin etmək məqsədi ilə təhsil müəssisəsində tərbiyəçilərlə aparılan metodiki və uşaqlarla təşkil edilən təlim-tərbiyə işləri üzrə mühüm məsələlərə baxılması üçün daim fəaliyyətdə olan ali idarəetmə orqanıdır.

Şuranın fəaliyyət istiqamətlərinə təhsil proqramlarının həyata keçirilməsi üzrə məktəbəqədər təhsil müəssisəsinin rəhbərinin hesabatlarının dinlənilməsi, dövlət məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsində edilən dəyişikliklərin qəbul edilməsi daxildir.

Pedaqoji şuranın mübahisəli məsələlərlə bağlı qərarlar qəbul etmək hüququ var.

Pedaqoji şuranın uşaqlarla aparılan təlim-tərbiyə işinin keyfiyyətini yüksəltmək, pedaqoji elmlər sahəsində olan nailiyyətlərdən, yeniliklərdən və qabaqcıl iş təcrübələrindən istifadə etmək, tərbiyəçilərin pedaqoji iş qabiliyyətini yüksəltmək, yaradıcılıqlarını inkişaf etdirmək kimi vəzifələri var.
Pedaqoji şuranın qərarının icrası məcburidir.

Xəbər lenti

Xəbər lenti