...

BƏƏ-də nəşr olunan jurnalda Azərbaycan haqqında məqalə dərc edilib

Cəmiyyət Materials 23 Avqust 2012 18:32 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi Turizm və Mədəniyyət İdarəsinin turistik məlumatları özündə əks etdirən “Asfaar” jurnalında Azərbaycana səyahət etmək istəyən turistlər üçün ölkəmiz haqqında ümumi məlumatı əks etdirən məqalə dərc edilib.
BƏƏ-də nəşr olunan jurnalda Azərbaycan haqqında məqalə dərc edilib

Azərbaycan, Bakı, 23 avqust /Trend/

Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi Turizm və Mədəniyyət İdarəsinin turistik məlumatları özündə əks etdirən "Asfaar" jurnalında Azərbaycana səyahət etmək istəyən turistlər üçün ölkəmiz haqqında ümumi məlumatı əks etdirən məqalə dərc edilib. Bu barədə Trend Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən məlumat verib.

Məqalədə Azərbaycanın, xüsusən də Bakı şəhərinin gözəl turizm məkanı olduğu vurğulanıb, burada qədim binalarla yanaşı ən müasir memarlıq üslubda inşa edilmiş binalar, beş ulduzlu otellər, qüllələrlə yanaşı geniş küçələrin, metro, cazibədar, geniş və yaşıl parkların olduğu qeyd edilib.

Jurnalda, həmçinin Azərbaycanın gözəl gəzməli və tarixi yerləri- iki min əvvəl inşa edilən və hal-hazırda Bakının rəmzi sayılan Qız Qalası haqqında da məlumat verilib, Azərbaycanın xalçaçılıq üzrə Şərqin ən məşhur mərkəzlərindən biri olduğu vurğulanıb.

Məqalənin sonunda Azərbaycanın mətbəxi, xüsusən də şirniyyatı, kababları, plovu haqqında məlumat verilib, turizm sevənlər üçün bu ölkənin olduqca münasib yer olduğu bildirilib.

Xəbər lenti

Xəbər lenti