...

Azərbaycanda 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 4 Sentyabr 2012 14:46 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.
Azərbaycanda 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb (ƏLAVƏ OLUNUB)

Üçüncü absazdan sonra əlavə edilib (ilk xəbər saat 12:46-da yayılıb)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.

İmtahan nəticələri artıq qurumun saytında yerləşdirilib.

İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində keçirilib.

Azərbaycanda 2012-2013-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin 10404 plan yerinə 10215 nəfər qəbul olub.

Komissiyadan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, qəbul olanlar sentyabrın 5-dən 14-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

Cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün 35682 abituriyent sənəd vermişdi. Onlardan 34415 nəfəri imtahanda iştirak edib, 1192 abituriyent imtahana gəlməyib. Abituriyentlərdən 55 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə, imtahandan xaric olunub və nəticələri ləğv olunub.

Cavab kartlarının emalı zamanı xüsusi kompüter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 20 nəfərin köçürməyə yol verdikləri aşkar edilib, qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunub.

Xəbər lenti

Xəbər lenti