...

TQDK növbəti xəbərdarlığını edib

Cəmiyyət Materials 13 Sentyabr 2012 14:18 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanları nəticəsində ixtisas seçiminə buraxılmış namizədlərə və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlara növbəti xəbərdarlığını edib.
TQDK növbəti xəbərdarlığını edib

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanları nəticəsində ixtisas seçiminə buraxılmış namizədlərə və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlara növbəti xəbərdarlığını edib.

Komissiyadan cümə axşamı Trend-ə verilən məlumata görə, rezidenturaya qəbul imtahanları nəticəsində ixtisas seçiminə buraxılmış namizədlərin ixtisas seçimi sentyabrın 14-də saat 9:00-da başa çatır.

Həmin vaxta qədər ixtisas seçiminə buraxılmış bütün namizədlər ixtisas seçimi etməli və "Namizədin elektron ərizəsi"ni təsdiqləməlidirlər. Ərizələrini təsdiqləməyən namizədlər müsabiqədə iştirak etmək hüququnu itirirlər.

Ümumi orta orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanların da qeydiyyat müddəti sentyabrın 14-də saat 17:00-da başa çatacaq.

Qəbul olanlar həmin müddətə qədər tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Göstərilən müddətədək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək.

Xəbər lenti

Xəbər lenti