Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir M.Əliyev/
Milli Məclisin İqtisadi siyasət komitəsinin bazar ertəsi keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, layihə barədə məlumat verən komitə sədri Ziyad Səmədzadə bildirib ki, dəyişikliklərə əsasən, qanunun 18.65.5 maddəsində nəzərdə tutulan sürücülük vəsiqəsinin verilməsi ilə yanaşı, dəyişdirilməsi zamanı da 15 manat dövlət rüsumu alınması nəzərdə tutulur.
Müzakirələrdən sonra dəyişiklik parlamentin plenar iclasına tövsiyə olunub.