...

Qızıl Aypara Cəmiyyəti İranın Şərqi Azərbaycan vilayətində zəlzələdən zərər çəkmiş soydaşlarımıza edilən yardımların məbləğini açıqlayıb

Cəmiyyət Materials 19 Sentyabr 2012 11:16 (UTC +04:00)
Azərbaycan Qızıl Aypara Cəmiyyəti İranın Şərqi Azərbaycan vilayətində zəlzələdən zərər çəkmiş soydaşlarımıza edilən yardımların məbləğini açıqlayıb.
Qızıl Aypara Cəmiyyəti İranın Şərqi Azərbaycan vilayətində zəlzələdən zərər çəkmiş soydaşlarımıza edilən yardımların məbləğini açıqlayıb

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Qızıl Aypara Cəmiyyəti İranın Şərqi Azərbaycan vilayətində zəlzələdən zərər çəkmiş soydaşlarımıza edilən yardımların məbləğini açıqlayıb.

Trend-in Azərbaycan Qızıl Aypara Cəmiyyətinə istinadən verdiyi məlumata görə, bu günə kimi İranın Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım kampaniyasına 73 fiziki və hüquqi şəxs qoşulub. Bunların arasında tanınmış insanlar və böyük şirkətlər də var. Cəmi 19 293 manat vəsait toplanıb.

İran Milli Bankının Bakı filialında bu məqsəd üçün açılmış xüsusi hesaba avqustun 22-də 9298 manat, avqustun 27-də 2758 manat, sentyabrın 4-də 2125 manat, sentyabrın 12-də 1450, sentyabrın 17-də 1825 manat və sentyabrın 18-də 2000 manat vəsait köçürülüb.

Kampaniyaya qoşulan millət vəkillərindən Novruz Aslanov 1000 manat, Qənirə Paşayeva 2500 manat, Ayaz Orucov 2100 manat, Qüdrət Həsənquliyev 394 manat, Fazil Mustafa 200 manat, Adil Əliyev 1000 manat, Əli Məsimli 300 manat, Mirkazım Kazımov 100 manat və Elmira Axundova 394 manat vəsait köçürüblər.

Kampaniya hazırda davam edir, bank hesabı aktivdir və ianələr daxil olmaqdadır.

Nəzərinizə çatdıraq ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəsmi internet səhifəsində yardımların məbləği və kim tərəfindən köçürülməsi barədə məlumatlar yerləşdirilir və hər gün yenilənir. Həmçinin, köçürmələr üçün bankın hesab nömrələri göstərilir.

Xəbər lenti

Xəbər lenti