...

Lökbatanda püskürən palçıq vulkanı ilə əlaqədar araşdırmalar dayandırılıb

Cəmiyyət Materials 24 Sentyabr 2012 11:55 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu Lökbatanda palçıq vulkanının püskürməsi ilə əlaqədar apardığı araşdırmaları dayandırıb.
Lökbatanda püskürən palçıq vulkanı ilə əlaqədar araşdırmalar dayandırılıb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu Lökbatanda palçıq vulkanının püskürməsi ilə əlaqədar apardığı araşdırmaları dayandırıb. Bu barədə bazar ertəsi Trend-ə institutun Palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev deyib.

Onun sözlərinə görə, araşdırmaların dayandırılmasına səbəb havanın yağışlı keçməsi olub.

Əliyev deyib ki, yağıntılar dayandıqdan və ərazi quruduqdan sonra araşdırmalar davam etdiriləcək. Şöbə müdiri vulkan püskürməsinin səbəblərinin araşdırmalar bitdikdən sonra bəlli olacağını qeyd edib.

Qeyd edək ki, sentyabrın 20-si səhər saatlarında Lökbatanda palçıq vulkanı püskürüb və 200-250 metr hündürlükdə alov yaradıb. Sonuncu dəfə 2 il bundan əvvəl püskürən vulkan dünyada ən aktiv palçıq vulkanı sayılır.

Xəbər lenti

Xəbər lenti