...

Azərbaycanda bəzi çaylarda suyun səviyyəsi artıb

Cəmiyyət Materials 24 Sentyabr 2012 12:17 (UTC +04:00)
Azərbaycanda bəzi çaylarda suyun səviyyəsi yüksəlib. Bunu bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.
Azərbaycanda bəzi çaylarda suyun səviyyəsi artıb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bəzi çaylarda suyun səviyyəsi yüksəlib. Bunu bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, sentyabrın 23-ü axşamdan sentyabrın 24-ü səhərədək ölkə ərazisində hava yağışlı keçib, bəzi yerlərdə leysan olub. Bunun nəticəsində respublika üzrə ən çox yağıntı Quba-Xaçmaz bölgəsindəki çaylarda qeydə alınıb. Həmin bölgədə Qudyalçayda suyun səviyyəsi 8, Vəlvələçayda 23, Kür çayının yuxarı hissəsində - Qıraqkəsəmən məntəqəsində 8 sm yüksəlib.

Verdiyev yaxın günlər ərzində də Quba-Xaçmaz, Lənkəran-Astara bölgəsindəki çaylarda sululuğun artacağının gözlənildiyini deyib.

Xəbər lenti

Xəbər lenti