...

Azərbaycanda dağınıq skleroz xəstələrini işə götürməkdən imtina edən vəzifəli şəxslər cəzalandırılacaq

Cəmiyyət Materials 24 Sentyabr 2012 14:28 (UTC +04:00)
Azərbaycanda dağınıq skleroz xəstələrini işə götürməkdən imtina edən və ya işdən çıxaran vəzifəli şəxslər cəzalandırılacaq.
Azərbaycanda dağınıq skleroz xəstələrini işə götürməkdən imtina edən vəzifəli şəxslər cəzalandırılacaq

Azərbaycan, Bakı, 24 sentyabr /Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda dağınıq skleroz xəstələrini işə götürməkdən imtina edən və ya işdən çıxaran vəzifəli şəxslər cəzalandırılacaq.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi təqdim olunub.

Qanun layihəsində qeyd olunur ki, şəxsin dağınıq skleroz xəstəsi olması səbəbindən əmək müqaviləsinin bağlanmasından imtina edilməsinə və ya əmək müqaviləsinə xitam verilməsinə (belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallar istisna olmaqla) görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək miqdarda cərimə ediləcəklər.

Qanun layihəsi parlamentin payız sessiyasının ilk iclaslarında müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti