...

Azərbaycan bir neçə korrupsiya hüquqpozmasını cinayət əməli kimi tanıyacaq

Cəmiyyət Materials 26 Sentyabr 2012 10:57 (UTC +04:00)
Azərbaycan bir neçə korrupsiya hüquqpozmasını cinayət əməli kimi tanıyacaq.
Azərbaycan bir neçə korrupsiya hüquqpozmasını cinayət əməli kimi tanıyacaq

Azərbaycan, Bakı, 26 sentyabr /Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan bir neçə korrupsiya hüquqpozmasını cinayət əməli kimi tanıyacaq.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyanın 5, 6, 10 və 12-ci maddələrinə Azərbaycan tərəfindən edilmiş qeyd-şərtlərin geri götürülməsi haqqında qanun layihəsi hazırlanıb və parlamentin müzakirəsinə təqdim olunub.

Qanun layihəsində qeyd olunur ki, həmin maddələrə Azərbaycan tərəfindən edilmiş qeyd-şərt geri götürülür.

Qeyd-şərtə görə, "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyanın Azərbaycan Respublikası 6, 10, 12-ci maddələrdə qeyd olunan əməlləri, həmçinin 5-ci maddə üzrə passiv rüşvət əməlini cinayət hüquqpozması kimi tövsif etməmək hüququnu özündə saxlayır.

Konvensiyanın 5-ci maddəsi xarici vəzifəli şəxslərin rüşvətlə ələ alınması, 6-cı maddə xarici dövlətlərin seçkili orqanları üzvlərinin rüşvətlə ələ alınması, 10-cu maddə beynəlxalq parlament assambleyaları üzvlərinin rüşvətlə ələ alınması, 12-ci maddə nüfuz alveri adlanır.

Konvensiyanı ratifikasiya etmiş dövlət həmin əməlləri öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün lazım ola biləcək qanunvericilik və digər tədbirlər görür.

Qanun qəbul edilərsə, Azərbaycan həmin hüquqpozmaları korrupsiya cinayəti kimi tanıyacaq.

Xəbər lenti

Xəbər lenti