...

Səhiyyə Nazirliyi: Ölkədəki tibb müəssisələrinin laboratoriyalarına ciddi şəkildə nəzarət edilir

Cəmiyyət Materials 26 Sentyabr 2012 13:57 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi ölkədəki tibb müəssisələrinin laboratoriyalarına ciddi şəkildə nəzarət edir.
Səhiyyə Nazirliyi: Ölkədəki tibb müəssisələrinin laboratoriyalarına ciddi şəkildə nəzarət edilir

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi ölkədəki tibb müəssisələrinin laboratoriyalarına ciddi şəkildə nəzarət edir. Trend-in məlumatına görə, bunu çərşənbə günü 18-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi (BİHE) və 7-ci Beynəlxalq Gözəllik və Estetik Tibb ("Beauty Azerbaijan 2012") Sərgisinin keçirilməsi ilə əlaqədar təşkil olunan tədbirdə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.

Onun sözlərinə görə, artıq Azərbaycanda dünya standartlarına uyğun referens laboratoriya da yaradılıb. Bu laboratoriya başqa laboratoriyaların gördükləri işi yoxlaya bilər.

Qədirli Azərbaycanda icbari tibbi sığortanın tətbiqini də zəruri sayıb. Onun sözlərinə görə, icbari tibbi sığorta əhaliyə daha keyfiyyətli tibbi xidmətin göstərilməsinə imkan verər, səhiyyə sisteminin maliyyələşdirmə prinsipini, strukturunu dəyişər.

"İnanıram ki, yaxın vaxtlarda Azərbaycanda icbari tibbi sığorta tətbiq olunacaq. Amma 2008-ci ildən icbari tibbi sığortanın təşkili məsələsi ilə məşğul olmaq Səhiyyə Nazirliyinin səlahiyyətində deyil", - nazirlik rəsmisi əlavə edib.

Xəbər lenti

Xəbər lenti