...

Bakıda "Körpülərin salınması" konfransı öz işini davam etdirir

Cəmiyyət Materials 28 Sentyabr 2012 11:54 (UTC +04:00)
Trend xəbər verir ki, tədbirdə çıxış edən BMT baş katibinin "İdman inkişaf və sülh naminə" proqramının xüsusi məsləhətçisi Vilfird Lemke deyib ki, Azərbaycan idmanı böyük inkişaf yolundadır. Onun sözlərinə görə, ölkənin Olimpiya Oyunlarında 10 medal qazanması yüksək nəticədir.
Bakıda "Körpülərin salınması" konfransı öz işini davam etdirir

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Bu gün Bakıda "Körpülərin salınması" konfransı öz işini "Sərhədsiz" idman adlı paneldə davam etdirir.

Trend xəbər verir ki, tədbirdə çıxış edən BMT baş katibinin "İdman inkişaf və sülh naminə" proqramının xüsusi məsləhətçisi Vilfird Lemke deyib ki, Azərbaycan idmanı böyük inkişaf yolundadır. Onun sözlərinə görə, ölkənin Olimpiya Oyunlarında 10 medal qazanması yüksək nəticədir.

Qonaq bildirib ki, idman həqiqətən də körpülərin salınmasında, xalqlar arasında münasibətlərin güclənməsində vacib rol oynayır.

Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyev isə bildirib ki, Azərbaycanda digər idman növləri ilə bərabər boks da inkişaf etməkdədir.

Bu il ölkədə keçirilmiş boks üzrə dünya çempionatında 113 ölkədən 590 idmançı iştirak edib ki, bu da "Ginnesin Rekordlar Kitabı"na layiq bir göstəricidir.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycan rəhbərliyinin idmana böyük qayğı göstərdiyini deyib.

Hazırda ökədə 35 olimpiya kompleksinin fəaliyyət göstərdiyi vurğulanıb.

AFFA-nın baş katibi Elxan Məmmədov isə Azərbaycanda qızlar arasında futbolun inkişafından, ölkədə keçirilən 17 yaşa qədər qadınlar arasında dünya çempionatından danışıb.

Xəbər lenti

Xəbər lenti