Azərbaycan, Bakı, 29 sentyabr / Trend müxbir M.Əliyev/
Bakıda sentyabrın 30-dan oktyabrın 5-dək Azərbaycan - Qırğız Gənclərinin Birinci Forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycan Gənclər və İdman Nazirliyindən bildirilib.
Forumun proqramına əsasən, iştirakçılara Azərbaycanda gənclər siyasəti sahəsində görülən işlər haqqında ətraflı məlumatların verilməsi, iki ölkə gənclərinin iştirakı ilə müxtəlif mövzularda müzakirələrin aparılması, Bakı şəhərində yerləşən tarixi-mədəni obyektlərlə tanışlıq məqsədi ilə gəzintilərin və Qusar rayonuna səfərin təşkil edilməsi nəzərdə tutulub.
Forum "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qırğız Respublikasının Gənclər, Əmək və Məşğulluq Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanının 2-ci bəndinə uyğun olaraq təşkil edilir.