...

Baş prokuror: Sumqayıtda zavodda çox ciddi şəkildə yanğın təhlükəsizliyi qaydaları pozulub

Cəmiyyət Materials 1 Oktyabr 2012 10:57 (UTC +04:00)
Sumqayıtda "Azərbaycan Məişət Malları" zavodunda çox ciddi şəkildə yanğın təhlükəsizliyi qaydaları pozulub.
Baş prokuror: Sumqayıtda zavodda çox ciddi şəkildə yanğın təhlükəsizliyi qaydaları pozulub

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir M. Əliyev/

Sumqayıtda "Azərbaycan Məişət Malları" zavodunda çox ciddi şəkildə yanğın təhlükəsizliyi qaydaları pozulub. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Baş prokurur Zakir Qaralov Sumqayıtda zavodda baş vermiş partlayışla əlaqədar açılmış cinayət işinin istintaqı ilə bağlı deyib.

Qaralov bildirib ki, zavoddakı çənlərin təmirinə cəlb edilmiş qaynaqçılar həmin müəssisənin əməkdaşları olmayıb, kənardan gətiriliblər.

Baş prokurorun sözlərinə görə, istintaq hazırda həmin işlə bağlı təyin edilmiş ekspertizaların nəticələrini gözləyir.

"Ağır nəticələrə səbəb olmuş bu hadisədə məsuliyyəti olan konkret şəxslər məsuliyyətə cəlb olunacaqlar", - Qaralov deyib.

Qeyd edək ki, bu il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən "Azərbaycan Məişət Malları" Açıq Səhmdar Cəmiyyətinin ərazisində insan ölümünə səbəb olan yanğın hadisəsi baş verib.

Yanğın zamanı 3 nəfər həlak olub. Hadisənin qarşısını alarkən yanğının söndürülməsində iştirak edən Fövqəladə Hallar Nazirliyinin 7 əməkdaşı, eləcə də həmin müəssisədə işləyən 3 nəfər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Üzərlərinə texniki və yanğın təhlükəsizliyi, eləcə də əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər tərəfindən bu qaydaların pozulması insan ölümünə və digər ağır nəticələrə səbəb olduğundan fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti