...

Kürdən Bakı şəhərinə içməli suyun verilməsi 48 saat müddətində dayandırılacaq

Cəmiyyət Materials 4 Oktyabr 2012 11:19 (UTC +04:00)
"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar 5-6 oktyabr tarixlərində Hacıqabul və Bakının Qaradağ rayonlarına, həmçinin paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsinə və “20-ci sahə” yaşayış massivinə, Binəqədi rayonunun Xocasən qəsəbəsinə və yeni Biləcəri yaşayış massivinə içməli suyun verilməsində fasilələr yaranacaq.
Kürdən Bakı şəhərinə içməli suyun verilməsi 48 saat müddətində dayandırılacaq

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Kür-Bakı magistral su kəmərlərində əsaslı təmir və yeni su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar oktyabrın 4-də saat 23:00-dan Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakı şəhərinə içməli suyun verilməsi 48 saat müddətində dayandırılacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar 5-6 oktyabr tarixlərində Hacıqabul və Bakının Qaradağ rayonlarına, həmçinin paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsinə və "20-ci sahə" yaşayış massivinə, Binəqədi rayonunun Xocasən qəsəbəsinə və yeni Biləcəri yaşayış massivinə içməli suyun verilməsində fasilələr yaranacaq.

Yaranmış narahatlıqla əlaqədar ASC abunəçilərdən üzr istəyir.

Xəbər lenti

Xəbər lenti