...

Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərarası dialoqa töhfə verəcək - BMT nümayəndəsi

Cəmiyyət Materials 4 Oktyabr 2012 13:53 (UTC +04:00)
Bakıda keçirilən Beynəlxalq Humanitar Forum mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verəcək.
Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərarası dialoqa töhfə verəcək - BMT nümayəndəsi

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Bakıda keçirilən Beynəlxalq Humanitar Forum mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Tacikistanın BMT-dəki daimi nümayəndəsi Aleksandr Zuev deyib.

"Bugünkü forum gözəl hadisədir, forumda xeyli tanınmış, görkəmli qonaqlar, siyasi və mədəniyyət xadimləri iştirak edirlər", - Zuev qeyd edib.

Onun sözlərinə görə, forum çərçivəsində müasir dünyanı necə dəyişmək və regionun bütün ölkələrinin, o cümlədən Azərbaycanın iqtisadi cəhətdən inkişaf etməsi üçün nə etməyin lazım olduğu müzakirə edilir.

"Bakının yaxşı mənada çox sürətlə dəyişdiyini görmək xoşdur. Bakılılar forumun keçirilməsi faktı və öz şəhərlərinin gözəlliyi ilə fəxr etməlidirlər", - Zuev qeyd edib.

Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları beynəlxalq ictimai-siyasi fikri formalaşdırmaq iqtidarında olan tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatları, mötəbər beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxsləri, dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələridir.

2010-cu ilin yanvarında Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin təşəbbüsü ilə Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul olunmuş qərara əsasən, 2011-ci il oktyabrın 10-11-də "XXI əsr: ümidlər və çağırışlar" şüarı altında Birinci Bakı Beynəlxalq Humanitar Forumu təşkil olunmuşdu.

Xəbər lenti

Xəbər lenti