...

Azərbaycanda "Təhsil müəssisələrinin akkreditasiyası qaydaları"nda dəyişiklik edilib

Cəmiyyət Materials 11 Oktyabr 2012 17:18 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası qaydaları"nda dəyişiklik edib.
Azərbaycanda "Təhsil müəssisələrinin akkreditasiyası qaydaları"nda dəyişiklik edilib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası qaydaları"nda dəyişiklik edib.

Nazirlər Kabinetindən cümə axşamı Trend-ə verilən məlumata görə, Akkreditasiya Komissiyasının vəzifəsi özünütəhlil sənədlərində göstərilənləri təhlil etməklə yanaşı, ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) nəticələrini təhlilidir.

Qeyd edək ki, müvafiq komissiyanın vəzifəsi həm də yerlərdə dəqiqləşdirmə aparmaq, buraxılış qruplarında (siniflərində) təhsil alanların bilik səviyyəsini qiymətləndirmək, nəticədə təhsilin məzmununun və mütəxəssis hazırlığı səviyyəsinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti