...

Ziya Məmmədov: Nəqliyyat sektorunda kart sistemi ilin sonunadək tətbiq ediləcək (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 13 Oktyabr 2012 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda nəqliyyat sektorunda kart sistemi ilin sonunadək tətbiq ediləcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər aparılır.

Nazir qeyd edib ki, taksilərlə bağlı reydlər sərnişinlərin rahatlığı üçün aparılır.

"Təəssüf ki, nəqliyyat vasitələrinin sahibləri istədikləri vaxt taksi fəaliyyəti ilə məşğul olurlar. Lakin qanun hamı üçün eynidir. Qanuna əsasən, bu sahədə lisenziyasız faəliyyət göstərmək olmaz", - nazir deyib.

Məmmədovun sözlərinə görə, reydlər mütəmadi olaraq sərnişin avtobuslarında da aparılır.

"Hazırda Bakıda nəqliyyat sahəsində bizneslə məşğul olan fiziki və hüquqi şəxslərin 150-dən çox şirkəti var. Hər bir şirkətin rəhbərinə mütəmadi olaraq bütün sənədlərin, sürücülərin nizam-intizamının, sağlamlığının və geyimlərinin qaydada olması barədə müraciət edirik", - o qeyd edib.

Nazirin sözlərinə görə, təəssüf ki, bəzən bu tələblərin pozulması halları olur.

Məmmədov bildirib ki, paytaxtda avtomobil parkı əhəmiyyətli dərəcədə artıb və təəssüf ki, xeyli sayda yölötürücülərin, tunellərin, keçidlərin tikilməsinə baxmayaraq, avtomobil yollarının genişləndirilməsi imkanı olmur.

Tıxac məsələsinə toxunan nazir deyib ki, bu məsələdə çox şey sürücülərin intizamından və avtomobili düzgün saxlamalarından asılıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti