...

Azərbaycanda meteoroqlar yağmursuz, küləkli hava vəd edirlər

Cəmiyyət Materials 15 Oktyabr 2012 13:16 (UTC +04:00)
Azərbaycanda sabah yağmursuz, küləkli hava gözlənilir.
Azərbaycanda meteoroqlar yağmursuz, küləkli hava vəd edirlər

Azərbaycan, Bakı, 15 oktyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda sabah yağmursuz, küləkli hava gözlənilir.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər.
Bakıda və Abşeron yarımadasında oktyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 14-18, gündüz 21-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən oktyabrın 16-17-də Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti