...

Kredit təşkilatlarında korrupsiya faktları aşkarlanıb

Cəmiyyət Materials 16 Oktyabr 2012 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Kredit təşkilatlarında korrupsiya faktları aşkarlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, "İcraçı Kredit Agentliyi" MMC Bank olmayan Kredit Təşkilatı və "Astara Kredit İttifaqı" MMC-də yol verilmiş qanunsuzluqlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.

Müəyyən edilib ki, qeyd edilən cəmiyyətlərin vəzifəli şəxsləri 2010-cu ilin sentyabr ayında 2 nəfər Astara sakininin hər birinə müraciətləri əsasında 3 min manat məbləğində istehlak krediti vermələrinə baxmayaraq, sonradan vətəndaşlardan xəbərsiz kredit üçün girov qismində təqdim olunmuş ev və torpaq sahələrinin sənədlərindən istifadə etməklə onların adına saxta yolla 59 min manat məbləğində kredit rəsmiləşdiriblər.

"İcraçı Kredit Agentliyi" MMC Bank olmayan Kredit Təşkilatı və "Astara Kredit İttifaqı" MMC-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti