Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda "Uşaq hüquqları aylığı" başlayır.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin yaxşılaşdırılması və onların daha effektiv müdafiəsinin təmin olunmasıdır.
Aylıq çərçivəsində bir sıra görülən işlərlə yanaşı, müvəkkilin təşəbbüsü, Təhsil Nazirliyinin razılığı ilə Bakı şəhərinin 11 rayonunda həyata keçirilən "Uşaq hüquqları üzrə pilləli tədris" layihəsini uğurla bitirmiş şagirdlərə sertifikatlar təqdim ediləcək.
Müvəkkil bütün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, QHT-lərə və digər qurumlara aylıq çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı müraciət ünvanlayıb.