...

Ekologiya Nazirliyi çaylarda apardığı monitorinqin nəticələrini açıqlayıb

Cəmiyyət Materials 23 Oktyabr 2012 11:55 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə oktyabrın II ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.
Ekologiya Nazirliyi çaylarda apardığı monitorinqin nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə oktyabrın II ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.

Trend çərşənbə axşamı nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın II ongünlüyündə Kür çayında suyun sərfi I ongünlüyə nisbətən 31 m3/san artaraq 135 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, Şıxlı-2 məntəqəsində və Ağstafaçayda fenollar 3, mis birləşmələri 4, Ağstafaçay su anbarında fenollar 4, mis birləşmələri 3 dəfə YVQH-ni keçib.

Oktyabr ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz, Bəhramtəpə və I Şahsevən məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.58-6.15 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti