Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycandakı elmlər doktorlarının 59,5 faizi (1243 nəfər), fəlsəfə doktorlarının 62,9 faizi (5869 nəfər) Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrində çalışır.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının 62 həqiqi və müxbir üzvü ali təhsil sistemində çalışır.
Ötən il ali təhsil müəssisələrində çalışan alimlərin 45 ixtirasına patent, o cümlədən 2 Avrasiya patenti alınıb.
Ötən il ali məktəblərdə 639 elmi problemi əhatə edən 2411 mövzu üzrə fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılıb, onlardan 1853-ü tamamlanıb.