...

Səhiyyə Nazirliyi 67 müəssisənin sahibkarını cərimələyib

Cəmiyyət Materials 29 Oktyabr 2012 15:11 (UTC +04:00)
Respublikanın sanitariya-epidemioloji xidmət orqanları ötən ay yeyinti sahəsi üzrə fəaliyyət göstərən 67 müəssisənin sahibkarını inzibati qaydada cərimələyib, 49 obyektin istismarının dayandırılması barədə qərar qəbul edib.
Səhiyyə Nazirliyi 67 müəssisənin sahibkarını cərimələyib

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları ötən ay yeyinti sahəsi üzrə fəaliyyət göstərən 67 müəssisənin sahibkarını inzibati qaydada cərimələyib, 49 obyektin istismarının dayandırılması barədə qərar qəbul edib.

Trend bazar ertəsi Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, həmin sahibkarlar və obyektlər yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozub, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal ediblər.

Sentyabr ayı ərzində 38 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1051, mikrobioloji göstəricilərinə görə 1047, toksikoloji göstəricilərinə görə 422, radioloji göstəricilərinə görə 14 yeyinti məhsulu nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 15-də orqanoleptik və fiziki-kimyəvi, 13-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 2829 yaxma nümunəsi, 68 soyuq qəlyanaltı nümunəsi götürülüb, 56 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.

Sentyabr ayı ərzində əhali arasında 101 qida zəhərlənməsi hadisəsi baş verib, 121 nəfər zərərçəkən olub. O cümlədən 4 botulizm hadisəsi baş verib, 5 nəfər zərərçəkən olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti