...

Vyanada "Xocalıya Ədalət" kampaniyasının təqdimatı keçirilib

Cəmiyyət Materials 29 Oktyabr 2012 16:07 (UTC +04:00)
Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" mövzusunda Vyana Forumu çərçivəsində "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyasının növbəti illər üçün fəaliyyət planı müzakirə edilib.
Vyanada "Xocalıya Ədalət" kampaniyasının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" mövzusunda Vyana Forumu çərçivəsində "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyasının növbəti illər üçün fəaliyyət planı müzakirə edilib.

Trend-in məlumatına görə, əvvəlcə Forumda iştirak edən 100-ə yaxın xaricdə təhsil alan azərbaycanlı tələbəyə və Azərbaycanın Avropanın 30 ölkəsində akkreditə olunmuş səfirlərinə "Xocalıya Ədalət" kampaniyasının fəaliyyəti və kampaniya çərçivəsində əldə olunmuş uğurlar barədə məlumat verilib, daha sonra kampaniyanın gələcək strategiyası ilə bağlı təkliflər müzakirə edilib. Müzakirələr zamanı kampaniyanın Azərbaycan, xüsusilə, Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində rolunun əhəmiyyəti vurğulanıb və xaricdə təhsil alan hər bir tələbənin kampaniyanın işində yaxından iştirakının zəruriliyi qeyd edilib.

Qeyd edək ki, "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülüb. Kampaniya Xocalı soyqırımı və Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti