...

Azərbaycanda deputatların etik davranış kodeksi hansı formada olacaq?

Cəmiyyət Materials 30 Oktyabr 2012 13:01 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı hesab edir ki, deputatların qəbul olunacaq etik davranış kodeksi tövsiyə xarakterli olmalıdır.
Azərbaycanda deputatların etik davranış kodeksi hansı formada olacaq?

Azərbaycan, Bakı, 30 oktyabr / Trend müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin deputatı hesab edir ki, deputatların qəbul olunacaq etik davranış kodeksi tövsiyə xarakterli olmalıdır.

"Millət vəkilləri xalqın elçisidir və onlar daha çox xalq arasında olduğundan öz davranışlarında yüksək mədəniyyət nümayiş etdirməklə cəmiyyət üçün nümunəvilik göstərməlidirlər. Deputatların davranışı ilə bağlı qəbul olunacaq kodeks tövsiyə xarakteri daşımalıdır", - bunu çərşənbə axşamı Trend-ə deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bildirib.

Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sonuncu plenar iclasda deputatların etik davranışını tənzimləyən məcəllənin qəbulunun vacibliyini vurğulayıb.

"Hazırda müzakirə olunan etik davranış kodeksi hansısa bir qayda, normativ akt şəkilində deyil, tövsiyə xarakterli, daxili bir qayda kimi ola bilər və millət vəkillərinin çərçivəyə salınmasına şərait yaratmamalıdır", - Qənizadə deyib.

O qeyd edib ki, bir sıra hallarda dünya parlamentlərində də deputatlar emosiyalarını gözləyə bilmirlər, bu da insan faktoru ilə bağlıdır. "İnsanlar konkret şablon çərçivəsində hərəkət edə bilməzlər. Sovet dövründə "Kommunizm qurucusunun əxlaq kodeksi" mövcud idi və bu insanları çərçivəyə salmırdı, tövsiyə edici bir sənəd idi. Azərbaycanda da bu məsələ bu formada qaldırıla bilər", - Qənizadə deyib.

Millət vəkili bildirib ki, Azərbaycan parlamentində olan millət vəkillərinin böyük əksəriyyəti yüksək peşəkarlıq nümayiş etdirir, etik normalara riayət edir.

Qənizadə, həmçinin bildirib ki, Milli Məclisin İntizam komissiyası fəaliyyət göstərir ki, o da hər hansı neqativ hal baş verdikdə millət vəkilinə xəbərdarlıq edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti