...

Noyabr ayında Azərbaycanda hava necə olacaq?

Cəmiyyət Materials 30 Oktyabr 2012 15:21 (UTC +04:00)
Noyabr ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı rayonlarda isə bir qədər yüksək olacağı gözlənilir.
Noyabr ayında Azərbaycanda hava necə olacaq?

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Noyabr ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı rayonlarda isə bir qədər yüksək olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, noyabrda respublika üzrə aylıq yağıntıların qeyri-bərabər paylanması gözlənilir.

Aylıq yağıntının miqdarının əksər rayonlarda iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 10-12° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr 4-9, ayın əvvəlində 10-14° isti təşkil edəcək. Gündüzlər ayın birinci yarısında 14-18° isti, ayrı-ayrı günlərdə 20-22°-dək yüksələcək, ayın ikinci yarısında isə 10-15 dərəcə isti təşkil edəcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-33 mm) olacagı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 6-10° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr ayın əvvəlində 4-9° isti, ayın ikinci yarısında 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti gözlənilir. Gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə temperatur 20-25 dərəcəyə yüksələcək, ayın ikinci yarısında 8-12° isti təşkil edəcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm) olacagı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 4-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksəkdir.

Gecələr 1-5° isti, ayrı-ayrı günlərdə 0-4° şaxta gözlənilir. Gündüzlər 5-10° isti, bəzi günlərdə 12-16°-dək yüksələcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 mm) olacagı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam- Füzuli-Cəbrayıl rayonlarında orta aylıq temperaturun 7-10° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Gecələr 5-10° isti, ayrı-ayrı günlərdə 3 dərəcə şaxtadan 2 °-dək isti gözlənilir. Gündüzlər 10-15 dərəcə isti, ayın əvvəlində 16-19° isti, ayrı-ayrı günlərdə 7-9° isti təşkil edəcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-24 mm), bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 5-10° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr 1-5° isti, ayrı-ayrı günlərdə 0-4° şaxta təşkil edəcək. Gündüzlər 8-13 dərəcə isti, ayın əvvəlində 15-19°-dək yüksələcək, ayrı-ayrı günlərdə 5-7° isti gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-73 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 8-13° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Gecələr 6-11° isti, ayın ikinci yarısında ayrı-ayrı günlərdə 0-4° isti təşkil edəcək. Gündüzlər 14-19° isti, ayrı-ayrı günlərdə 22°-dək yüksələcək, ayın ikinci yarısında 9-13° isti gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-45 mm), bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 10-12° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr 4-9° isti, dağlarda temperatur mənfi 1-5°-dək enəcək. Gündüzlər 12-17° isti, ayın əvvəlində 18-20°-dək yüksələcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 55-170), bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti