...

Yaqub Mahmudov: Orta məktəblərin tarix dərslikləri təkmilləşdirilməlidir

Cəmiyyət Materials 1 Noyabr 2012 11:16 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov orta məktəblərin tarix dərsliklərini qiymətləndirib.
Yaqub Mahmudov: Orta məktəblərin tarix dərslikləri təkmilləşdirilməlidir

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov orta məktəblərin tarix dərsliklərini qiymətləndirib.

Mahmudovun Trend-ə verdiyi məlumata görə, sovet dövründə Azərbaycanın müstəqil şəkildə dərslik yaratmaq təcrübəsi olmasa da, müstəqillik əldə edildikdən sonra zamanın tələbinə uyğun dərsliklər yaradılıb.

Onun sözlərinə görə, orta məktəblərin bugünkü tarix dərslikləri zamanın tələblərinə cavab verir. Ancaq dərsliklər ildən-ilə təkmilləşdirilməlidir.

"Az bir vaxt ərzində biz bütün tarix dərsliklərini dəyişdirdik. Müstəqillik dövrünün tələblərinə uyğun dərsliklər yarandı. Əlbəttə, bu dərsliklər təkmilləşdirilməlidir, getdikcə bəzi stereotiplərdən uzaqlaşmalıyıq. Bunun üçün zaman lazımdır. Bəzi stereotiplər beynə o qədər yeriyib ki, o keçmiş konseptual yanlış istiqamət istər-istəməz dərsliklərdə, tədqiqatlarda da öz əksini tapır. Bunları zaman keçdikcə tamamilə təmizləyəcəyik", - Mahmudov deyib.

Tarixçi əlavə edib ki, tədqiqatlar genişləndikcə onların nəticələrini də dərsliklərə daxil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti