...

Bu il Azərbaycanda 360 km-dən artıq yol tikilib

Cəmiyyət Materials 1 Noyabr 2012 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu il Azərbaycanda ümumi istifadədə olan avtomobil yolunun 362,8 kilometri tikilib və ya təmir olunub.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, bu yollardan 77,5 km-i respublika əhəmiyyətli, 285,3 km-i yerli əhəmiyyətli yollardır.

Bu ilin 9 ayında ölkədə 11 körpü istifadəyə verilib. Bakıda 75,4 km avtomobil yolu, prospekt və küçə təmir olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti