...

Azərbaycanda evsiz alimlərin ilkin sayı açıqlanıb

Cəmiyyət Materials 6 Noyabr 2012 13:10 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) evsiz alimlərin ilkin sayını açıqlayıb.
Azərbaycanda evsiz alimlərin ilkin sayı açıqlanıb

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) evsiz alimlərin ilkin sayını açıqlayıb.

AMEA-nın Gənclərin İntellektual İnkişafı Mərkəzinin rəhbəri İlqar Orucov Trend-ə deyib ki, artıq AMEA sistemində çalışan 122 alim adının siyahıya daxil edilməsi üçün müraciət edib.

Orucov bildirib ki, hazırda bir neçə institutda evsiz alimlərin sayı dəqiqləşdirilir.

Onun fikrincə, bu say dəqiqləşdikdən və həmin alimlərin də adları siyahıya daxil edildikdən sonra AMEA sistemində çalışan evsiz alimlərin sayının 180-dək olacağı gözlənilir.

AMEA rəsmisi bildirib ki, siyahı müəyyənləşdirilərkən evsiz şəxsin elm sahəsi ilə aktiv məşğul olması əsas götürülür. Bununla yanaşı, onun elmi dərəcəsi, yaşı isə 40-dək olmalıdır. Akademiya sistemi ilə yanaşı, hansısa qurumda işləyən işçilər evsiz olsalar da, onlar bu siyahıya daxil edilməyəcəklər. Siyahıya yalnız AMEA sistemində çalışan şəxslər daxil ediləcəklər.

Orucov deyib ki, bu araşdırmanı yekunlaşdırdıqdan sonra müvafiq tədbirlərin görülməsi üçün ölkə rəhbərliyinə müraciət ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti