...

Azərbaycanda Avropanın gənc alimlərinin forumu keçiriləcək

Cəmiyyət Materials 6 Noyabr 2012 14:07 (UTC +04:00)
Avropa Gənc Alimlər Şurasının dəstəyi ilə Azərbaycanda Avropa Gənc Alimlərinin Bakı Forumu keçiriləcək.
Azərbaycanda Avropanın gənc alimlərinin forumu keçiriləcək

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Avropa Gənc Alimlər Şurasının dəstəyi ilə Azərbaycanda Avropa Gənc Alimlərinin Bakı Forumu keçiriləcək. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənclərin İntellektual İnkişafı Mərkəzinin rəhbəri İlqar Orucov deyib.

Onun sözlərinə görə, forumun gələn ilin aprel-may aylarında keçirilməsi planlaşdırılır.

Hazırda bununla bağlı Avropa Gənc Alimlər Şurası ilə danışıqlar aparılır.

"Bu, çox böyük tədbir olacaq. Ona görə də tədbirin keçirilməsi mayın sonuna qədər uzana bilər. Tədbirdə 35 ölkənin nümayəndələri iştirak edəcəklər", - Orucov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti