...

Bakıda "Eurovision" ərəfəsində terror-təxribat aksiyaları törətmək cəhdində ittiham olunanların məhkəməsi başlayıb

Cəmiyyət Materials 6 Noyabr 2012 16:19 (UTC +04:00)
"Eurovision 2012" ərəfəsində Bakıda terror-təxribat aksiyaları törətmək cəhdində ittiham olunan dəstə üzvlərinin məhkəməsi başlayıb.
Bakıda "Eurovision" ərəfəsində terror-təxribat aksiyaları törətmək cəhdində ittiham olunanların məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

"Eurovision 2012" ərəfəsində Bakıda terror-təxribat aksiyaları törətmək cəhdində ittiham olunan dəstə üzvlərinin məhkəməsi başlayıb.

Trend-in məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Kamal Yaqubov, Rəşad Şahbazov, Rəcəb Abbasov və Afiq Allahverdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışının qapalı keçirilməsi qərara alınıb. Məhkəmə baxışı noyabrın 15-nə təyin edilib.

Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyi "Eurovision 2012" müsabiqəsi ərəfəsində Bakı, Sumqayıt, Gəncə şəhərlərində, o cümlədən Qax, Zaqatala, Şəki, Quba rayonlarında xüsusi əməliyyat keçirib, terror hadisələri planlaşdırmaqda şübhəli bilinən ümumilikdə 40 nəfəri zərərsizləşdirib. Qrup üzvlərinin ayrı-ayrı icraatlarda cinayət işləri məhkəmələrə göndərilib.

Kamal Rəcəbov Cinayət Məcəlləsinin (CM) 274-cü (dövlətə xəyanət), 29,214.2.1, 29,214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən, təkrar terrorçuluq törətməyə cəhd), 206.4-cü (qaçaqmalçılıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə, Rəşad Şahbazov CM-nin 274, 29,214.2.1, 29,214.2.3-cü maddələri ilə, Rəcəb Abbasov CM-nin 206.4, 228.1, 228.3-cü maddələri ilə, Afiq Allahverdiyev CM-nin 228.1, 228.3, 228.4, 234.4.2, 234.4.3-ci maddələri ilə ittiham edilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti