...

Dövlət Baytarlıq Xidmətində YAP-ın yaranmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 9 Noyabr 2012 10:59 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.
Dövlət Baytarlıq Xidmətində YAP-ın yaranmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.

Xidmətdən cümə günü Trend-ə verilən məlumata görə, DBX-nin rəisi Sialə Rüstəmova YAP-ın yaranma tarixindən, 20 ildə keçdiyi şərəfli yoldan və qazanılan uğurlardan danışıb. Bildirib ki, müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Belə bir mürəkkəb şəraitdə Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqımızın müdrik oğlu, ümummilli lider Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə ulu öndər Heydər Əliyevə müraciət göndərildi.

Xidmət rəisi diqqətə çatdırıb ki, çalışdıqları Kənd Təsərrüfatı Nazirliyi YAP-ın ilk yaradılan ərazi təşkilatlarından biridir. Hazırda YAP-a üzv olanların yarısını gənclər təşkil edir. Onlar xidmətin bütün işlərində fəal iştirak edirlər.

Xidmət rəisi eləcə də qeyd edbi ki, son 20 il ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bir sıra uğurlara imza atılıb. Baytarlıq xidmətinin strukturunda dəyişikliklər aparılıb, rayonlarda 12 zona baytarlıq laboratoriyası və 47 diaqnostik kabinet, ABŞ Hökuməti ilə Azərbaycan Hökuməti arasında bağlanmış sazişə əsasən Respublika Baytarlıq Laboratoriyasında BSL-2 səviyyəli şöbə, 5 zona baytarlıq laboratoriyasında BSL-2 səviyyəli laboratoriyalar yaradılmışdır. Natiq onu də vurğuladı ki, bütün bunlar YAP sədri, ölkə Prezidenti cənab İlham Əliyevin respublikanın kənd təsərrüfatına, eləcə də baytarlıq xidmətinə böyük qayğı və diqqəti sayəsində reallığa çevrilib.

Tədbirdə çıxış edən digər iştirakçılar da cəmiyyətin sağlam qüvvələrinin bu partiyaya inamından danışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti