...

Azərbaycan ombudsmanı Avropa Şurasına insan hüquqları ilə bağlı yeni təkliflər verib

Cəmiyyət Materials 9 Noyabr 2012 11:31 (UTC +04:00)
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Avropa Şurası (AŞ) - Azərbaycan Fəaliyyət Planında əksini tapması üçün bir sıra təkliflər verib.
Azərbaycan ombudsmanı Avropa Şurasına insan hüquqları ilə bağlı yeni təkliflər verib

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Avropa Şurası (AŞ) - Azərbaycan Fəaliyyət Planında əksini tapması üçün bir sıra təkliflər verib.

Ombudsman Aparatından cümə günü Trend-ə verilən məlumata görə, Süleymanova bu təkliflərini Fəaliyyət Planının Layihəsini müzakirə etmək məqsədilə AŞ-nin İnsan Hüquqları və Qanunların Aliliyi Departamentinin rəhbəri Filipp Buayani ilə görüşündə səsləndirib.

Ombusmanın sözlərinə görə, təkliflər mədəniyyətlərarası dialoqun təşkili ilə bağlı tədbirlərin keçirilməsi, Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20 illiyi mövzusunda beynəlxalq konfransın təşkili, orta məktəblərdə uşaq hüquqları üzrə "Pilləli tədris" layihəsinin davam etdirilməsi, universitetlərdə insan hüquqlarının ayrıca fənn kimi tədris edilməsi, insan hüquqlarının müdafiəsi və təşviqinə dair yeni prioritetlərin və mexanizmlərin hazırlanması, Avropa İnsan Hüquqları Konvensiyasının, həmçinin "Ombusman haqqında" qanunun şərhlərinin hazırlanması, hakimlər üçün treninqlərin keçirilməsi və s.dir.

Qonağa bır çox məsələlər barədə məlumat verən Süleymanova bildirib ki, son illərdə ölkədə insan hüquqları sahəsində mütərəqqi dəyişikliklər baş verib.

Buayani isə ombusmanın insan hüquqları sahəsində fəaliyyəti ilə tanış olduğunu və bunların onda yüksək təəssürat doğurduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti