...

İran və Azərbaycan arasında məhbusların mübadiləsi həyata keçiriləcək

Cəmiyyət Materials 12 Noyabr 2012 15:15 (UTC +04:00)
İran və Azərbaycan arasında yaxın gələcəkdə məhbusların mübadiləsi həyata keçiriləcək. Bu barədə Trend-ə müsahibəsində İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsin Pakayin deyib
İran və Azərbaycan arasında məhbusların mübadiləsi həyata keçiriləcək

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir T.Cəfərov/

İran və Azərbaycan arasında yaxın gələcəkdə məhbusların mübadiləsi həyata keçiriləcək. Bu barədə Trend-ə müsahibəsində İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsin Pakayin deyib.

Azərbaycanla İran arasında məhkumların cəza çəkmək üçün öz ölkələrinə verilməsi ilə bağlı müqavilə imzalandığını deyən səfir bildirib ki, müxtəlif dövrlərdə iki ölkə arasında məhbusların mübadiləsi həyata keçirilib və bu iş gələcəkdə də davam etdiriləcək.

Onun sözlərinə görə, hazırda 200-ə yaxın iranlı məhbus Azərbaycan həbsxanalarında saxlanılır. İran həbsxanalarında isə 50-yə yaxın azərbaycanlı məhbus cəza çəkir.

Möhsin Pakayin hər iki ölkənin problemlərindən birinin narkotiklərlə mübarizə olduğunu bildirib və qeyd edib ki, bu narkotiklər bölgəyə digər ölkələrdən, o cümlədən Əfqanıstandan gəlir.

"Hər iki ölkədə məhbusların olması təbiidir. Məhbusların mübadiləsinə dair müqavilə çərçivəsində danışıqlar davam etdirilir və yaxın gələcəkdə onların mübadiləsi həyata keçiriləcək", o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti