...

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası dəyişdirilib

Cəmiyyət Materials 20 Noyabr 2012 15:57 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda dəyişiklik edib.
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası dəyişdirilib

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda dəyişiklik edib.

Nazirlər Kabinetindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, dəyişikliyə əsasən,vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərində yerləşən qeydiyyat şöbələrinin nümayəndələri tərəfindən aparıldıqda, səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə ödəniş aparılmadan həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti