...

Bakıda sərinləşdirici içki istehsalı ilə məşğul olan müəssisəyə maliyyə sanksiyası tətbiq edilib.

Cəmiyyət Materials 20 Noyabr 2012 18:22 (UTC +04:00)
Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə “Budad Food Company” MMC-yə 4928 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Bakıda sərinləşdirici içki istehsalı ilə məşğul olan müəssisəyə maliyyə sanksiyası tətbiq edilib.

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Bakıda sərinləşdirici içki istehsalı ilə məşğul olan müəssisəyə maliyyə sanksiyası tətbiq edilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, 4-cü mədən küçəsi, 276-cı məhəllədə "Budad Food Company" MMC-yə məxsus istehsalat sahəsində qazsız suların etiketində suyun mənbəyi və hazırlanması barədə məlumatların, kvas içkisinin etiketində isə içkinin tipi barədə məlumatın göstərilməməsi, habelə istehsal olunan suların istifadə üçün yararsız olması səbəbindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bu təsərrüfat subyekti barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.

Dövlət Xidmətində işə baxılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə "Budad Food Company" MMC-yə 4928 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti