...

Azərbaycanda idman və şahmat üzrə növbəti müsabiqə keçiriləcək

Cəmiyyət Materials 22 Noyabr 2012 11:00 (UTC +04:00)
Azərbaycanda 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəbləri, idmançı və məşqçi-müəllimlər arasında respublika müsabiqəsi keçiriləcək.
Azərbaycanda idman və şahmat üzrə növbəti müsabiqə keçiriləcək

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəbləri, idmançı və məşqçi-müəllimlər arasında respublika müsabiqəsi keçiriləcək.

Təhsil Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, müsabiqənin məqsədi "İdman ili"ndə uşaq-gənclər idman və şahmat məktəblərinin, həmin məktəblərdə çalışan məşqçi-müəllimlərin fəaliyyətlərini qiymətləndirmək, istedadlı idmançıları aşkar etmək və onları həvəsləndirməkdir.

Təhsil naziri Misir Mərdanovun bununla bağlı imzaladığı əmrə əsasən, müsabiqə ilin ən yaxşı ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman və şahmat məktəbi, şəhərlər üzrə ilin ən yaxşı uşaq-gənclər idman məktəbi, kənd rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər idman məktəbi, kənd rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər şahmat məktəbi, oğlanlar arasında ilin ən yaxşı idmançısı, qızlar və oğlanlar arasında ilin ən yaxşı idmançısı, idman və şahmat məktəbləri üzrə ilin ən yaxşı məşqçi-müəllimi nominasiyaları üzrə keçiriləcək.

Respublika müsabiqəsinə təqdim ediləcək idmançı, məşqçi-müəllim və məktəblər haqqında məlumatlar dekabrın 5-dək TN-ə təqdim edilməlidir. Müsabiqənin respublika mərhələsinə dekabrda yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti