...

Bakıda II Beynəlxalq Olimpiada keçiriləcək

Cəmiyyət Materials 7 Dekabr 2012 15:38 (UTC +04:00)
Dekabr 7-10-da Bakıda 12 dövlətin ali məktəb tələbələrinin iştirakı ilə İnformatika (proqramlaşdırma) üzrə II Beynəlxalq Olimpiada keçiriləcək.
Bakıda II Beynəlxalq Olimpiada keçiriləcək

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Dekabr 7-10-da Bakıda 12 dövlətin ali məktəb tələbələrinin iştirakı ilə İnformatika (proqramlaşdırma) üzrə II Beynəlxalq Olimpiada keçiriləcək.

Trend-in Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 70-dən çox tələbənin iştirak edəcəyi bu Olimpiadada dünyanın ən məşhur komandaları yarışacaq. Olimpiada iştirakçıları arasında proqramlaşdırma üzrə dünya çempionları da var.

Azərbaycanı olimpiadada 3 ali təhsil ocağının - Qafqaz Universiteti, Bakı Dövlət Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının proqramlaşdırma üzrə tələbə komandaları təmsil edəcəklər.

Tədbir iştirakçıları dekabrın 8-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını, eləcə də Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti