...

Bakıda bağçada uşaqların kütləvi zəhərlənməsi ilə əlaqədar aparılmış müayinələrin nəticələri açıqlanıb

Cəmiyyət Materials 17 Dekabr 2012 16:39 (UTC +04:00)
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Binəqədi rayonundakı 138 saylı bağçada uşaqların kütləvi zəhərlənməsi ilə əlaqədar nümunələr üzərində apardığı müayinələrin nəticələrini açıqlayıb.
Bakıda bağçada uşaqların kütləvi zəhərlənməsi ilə əlaqədar aparılmış müayinələrin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Binəqədi rayonundakı 138 saylı bağçada uşaqların kütləvi zəhərlənməsi ilə əlaqədar nümunələr üzərində apardığı müayinələrin nəticələrini açıqlayıb.

Respublika Gigiyena və Epidemilogiya Mərkəzindən cümə günü Trend-ə bildirilib ki, həmin gün makaronlu toyuq yeyən rus bölməsində çalışan Gülnarə Mikayılovanın burnundan, xəstəxanaya yerləşdirilmiş 10 uşağın qusuntu maddəsindən götürülmüş nümunələrin 8-də qızılı stafilokok (Staphylococcus aureus) aşkarlanıb. Eyni zamanda, yarma şorbası və əşyalardan götürülmüş 23 nümunənin 7-də bağırsaq cöpləri aşkarlanıb. İcməli su və digər ərzaq nümunələri üzərində müayinələrin nəticələri normal olub.

Qeyd edək ki, dekabrın 13-də saat 18:30 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən 138 saylı uşaq bağçasında qida məhsulundan kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Nahardan sonra orada tərbiyə alan 230 uşaqdan 13-nün səhhəti pisləşdiyindən onlar Səhiyyə Nazirliyi 2 saylı Uşaq və 7 saylı Şəhər xəstəxanalarına "qida zəhərlənməsi" diaqnozu ilə yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti