...

Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunacaq (SİYAHI)

Cəmiyyət Materials 20 Dekabr 2012 11:51 (UTC +04:00)
Qiymətlər bazar qiymətlərindən orta hesabla 30-40% aşağı təşkil edəcək.
Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunacaq (SİYAHI)

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunacaq. Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Yeni il bayramı ilə əlaqədar Bakı əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə 28-31 dekabrda Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirlikləri tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının birgə keçirilməsi nəzərdə tutulub", - məlumatda deyilir.

Yarmarka Bakı şəhərinin 7 rayonunda, 10 ünvanda keçiriləcək. Respublikanın 40-45 kənd rayonlarının fermerləri istehsal etdikləri məhsulları yarmarkalara çıxaracaqlar. Qiymətlər bazar qiymətlərindən orta hesabla 30-40% aşağı təşkil edəcək. Kənd təsərrüfatı nazirinin əmri ilə yaradılmış işçi qrupları yarmarkaların fəaliyyətinə nəzarət edəcəklər.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, yarmarkalar bu ünvanlarda təşkil ediləcək:

Binəqədi rayonu
- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyinin həyəti;

Xətai rayonu
- Bakı kinoteatrının yanı;

Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi;

Nəsimi rayonu
- "Təzə bazar"ın ərazisi;
- 3-cü mikrorayon, "Tovuz-Baltiya LTD"nin ərazisi;

Səbail rayonu
- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;

Suraxanı rayonu
- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2;
- Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı;

Yasamal rayonu
- Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti