Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün növbəti iclası keçirilib.
Şuradan Trend-ə verilən məlumata görə, iclasda "AN-MEDİA" Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb.
"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsinə uyğun olaraq Milli Televiziya və Radio Şurası tərəfindən "AN-MEDİA" Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edilib.